Dünya
Kliçkoya “nasist” cavabı: “Sən sadəcə küt Ukrayna səfilisən” – VİDEO
Britaniyanın qaraçı mənşəli ağırçəkili boksçusu, WBA və WBO versiyaları üzrə dünya çempionu Tayson Fyuri onu Adolf Hitlerlə müqayisə edən ukraynalı boksçu Vladimir Kliçkoya cavab verib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, britaniyalı cavabını qeydə alaraq onu “Instagram” səhifəsində paylaşıb.
“Vladimir Kliçko bu yaxınlarda dedi ki, mənim fikirlərim ona Hitleri xatırladır. Vladimir sadəcə savadsız insandır və anlamır ki, Hitler minlərlə qaraçını öldürüb. Vladimir, bu mənim üçün çox ağır təhqirdir, çünki mənim əcdadım Hitler tərəfindən öldürülüb”, - Fyuri deyib.
Britaniyalı həmçinin nasistlərlə ukraynalıların əməkdaşlığını xatırladıb: “Gəlin unutmayaq ki, müharibə zamanı ukraynalılar ölüm düşərgələrini qoruyurdular. Həmin düşərgələrdə mənim xalqımı öldürürdülər. Kliçko, sən sadəcə küt Ukrayna səfilisən”.
Xatırladaq ki, 2015-ci ilin noyabrında Almaniyada təşkil edilən 12 raundluq döyüşdə Tayson Fyuri Vladimir Kliçkoya xal hesabı ilə qalib gəlib və Beynəlxalq Boks Federasiyası (İBF), WBO və WBA versiyaları üzrə ağır çəkidə dünya çempionu olub. Ancaq britaniyalı boksçu sonradan titulunu qorumaq üçün vacib görüşdən imtina etməsi səbəbindən İBF titulundan məhrum edilib.
Boksçular arasında revanş döyüşü iyulun 9-da Mançesterdə keçirilməli idi. Amma Fyuri topuqda olan zədəyə görə döyüşün təxirə salındığını elan edib.
Ömər Dağlı
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?