Dünya
Ərdoğanın sözçüsü Putinə yazılan məktubdan danışdı
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın ötən ilin noyabr ayında rus hərbi təyyarəsinin vurulması ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktuba aydınlıq gətirib.
“Hürriyət” nəşrinin xəbərinə görə, İ. Kalın məktubda Ərdoğanın dünyasını dəyişən rus pilotun ailəsinin kədərini bir daha bölüşdüyünü, başsağlığı çatdırdığını, qüsura baxılmamasını istədiyini bildirib.
İ. Kalın Türkiyə prezidentinin Rusiyalı həmkarına iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin yenidən bərqərar edilməsi, regional böhranların həlli üçün əməkdaşlıq və terrorla ortaq mübarizə aparılması üçün çağırış etdiyini bildirib.
Prezidentin sözçüsü Ərdoğanın məktubunda iki ölkə arasında münasibətlərin inkişafı üçün lazım olan addımların atılacağını da qeyd etdiyini ifadə edib. /APA/
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ