Dünya
Ankara: “Avropanın istəyini yerinə yetirməyəcəyik”
“Avropanın istəyinə baxmayaraq, Türkiyə terrorizmlə mübarizə üzrə strategiyasına dəyişikliklər etməyəcək”.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.
“Avropa Birliyi istəyir ki, biz terrorizmlə mübarizə üzrə strategiyaya dəyişikliklər edək. Biz bu strategiyanı dəyişdirəcək heç bir addıma təşəbbüs etməyəcəyik. Terrorizmlə mübarizə üzrə birgə iş planı lazımdır”, - o, deyib.
Qeyd edək ki, bu gün Brüsseldə Türkiyənin Avropa Birliyinə üzvlük prosesi çərçivəsində hökumətlərarası iclas keçiriləcək. İclasda “Maliyyə və büdcə haqqında Vəziyyətlər” adlanan 33-cü fəsil üzrə müzakirələr başlayacaq.
Avropa Birliyi və Türkiyənin arasında assosiasiya haqqında razılaşma 1963-cü ildə imzalanıb. Avropa Birliyinə üzvlüyə sifarişi isə 1987-ci ildə verilib. Üzvlük haqqında danışıqlar yalnız 2005-ci ildə başlanıb. Avropa Birliyində Türkiyənin girişi haqqında danışıqlar fikir ayrılıqları səbəbi ilə dəfələrlə kəsilib. Türkiyənin Kipr məsələsi üzrə mövqeyi əsas maneə olaraq qalır.
Ömər Dağlı
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ