Dünya
İranın nüvə proqramına dair görüşlər yenidən başlayır
İranın nüvə proqramına dair 5+1 ölkələri ilə keçirilən görüşlərin növbəti mərhələsi bir müddət fasilədən sonra bu gün yenidən başlayır. Görüşlərdə iştirak edən tərəflər ötən gün Avstriyanın paytaxtı Vyanada bir araya gəliblər. Rəsmi danışıqlar öncəsində Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eştonla İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında təkbətək görüş olub. Görüş mediyaya qapalı şəkildə keçirilib.
Ötən ilin noyabr ayında Cenevrədə İranla əldə olunan razılaşmaya
əsasən, rəsmi Tehran uranın zənginləşdirilməsi prosesini
məhdudlaşdırmağa başlamışdı. Belə olan təqdirdə isə, İrana qarşı
bəzi iqtisadi sankisiyalar aradan qaldırıldı.
Bir müddət əvvəl isə, Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın
öz üzərinə düşən öhdəliyi yerinə yetirməsi barədə məruzəsi
tərəflərin danışıqları müsbət yöndə davam etdirməsinə əsas verib.
/İHA/
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO