Dövlət çevrilişinə cəhd edənlərin ŞOK TELEFON DANIŞIĞI
Bizi izləyin

Dünya

Dövlət çevrilişinə cəhd edənlərin ŞOK TELEFON DANIŞIĞI

15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhd edən hərbiçilərin simsiz rabitə ilə danışdıqları ortaya çıxıb.


Publika.az xəbər verir ki, bu danışıqların Milli İstihbarahat Təşkilatı (MİT) tərəfindən əldə edilməsi nəticəsində dövlət çevrilişi planının qarşısı alınıb.


Məlumata görə, İzmirdən havaya qalxan dörd helikopter Ərdoğanın istirahət etdiyi Marmarisdəki otelə doğru gedib. Danışıqlarda “İnlərimizə girəcəkdilər, inlərinə girməyə gedirik” deyə bildirilir. Bu danışığı tutan MİT Ərdoğanın mühafizəçilərinə xəbər verirlər. Bundan sonra Ərdoğan oteli tərk edir. 15 dəqiqə sonra isə helikopterlər gəlir və silahlı toqqumalar baş verir.


Danışıqlarda o da qeydə alınıb ki, dövlət çevrilişi edənlər birinci ordu komandanı Ümit Dündara zəng edərək, “Bizə qatıl” deyib.


Dündar isə “bir düşünüm” deyərək, telefonu söndürüb və Ərdoğana zəng vuraraq xəbər verib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm