Trabzonda hücum – 3 şəhid, 4 yaralı - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Trabzonda hücum – 3 şəhid, 4 yaralı - VİDEO (YENİLƏNİB)

Hücum nəticəsində şəhid olan və yaralananların sayı artıb.

Publika.az xəbər verir ki,Türkiyənin baş nazir Binəli Yıldırım 3 polisin şəhid olduğunu, 3-ü polis olmaqla 4 nəfərin yaralandığını açıqlayıb. Bölgədə silahlı qarşıdurmalar zaman-zaman davam edir.

***

11:11

Trabzon vilayətinin Maçka mahalında yolda təhlükəsizliyini təmin edən polislərə meşəlik ərazidən atəş açılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yerli vaxtla saat 08:45-də baş verən hadisə zamanı bir polis şəhid olub. Daha 4 polis və bir mülki vətəndaş yaralanıb.

Təhlükəsizlik gücləri terrorçuların qaçdığı bölgədə axtarış əməliyyatlarına başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm