Gülənin çevriliş planı ABŞ-a göndərildi
Bizi izləyin

Dünya

Gülənin çevriliş planı ABŞ-a göndərildi

Türkiyə Fəthullah Gülənlə bağlı ABŞ-ın istədiyi sənədləri göndərib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda baş nazir Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib.

“Bizə deyirlər ki dəlilləri təqdim edin. Görünən kəndə bələdçi lazımdırmı? 11 sentyabrda əkiz qüllələr vurulanda terrorçuları istəyərkən dəlilmi istədiniz? Üsamə Bin Laden üçün dəlil axtarmadığınız halda, FETÖ üçün niyə israrla dəlil istəyirsiniz? Bu canini, bu xaini artıq çox qorumayın. Bu paralel terror təşkilatı artıq heç bir ölkə üçün əlverişli bir maşa deyil, əbəs yerə su və çörək verməyin”, - baş nazir bildirib.

Qeyd edək ki, Türkiyə iyulun 15-də hərbi çevriliş cəhdinin Fəthullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruluşu (FETÖ/PDY) tərəfindən edildiyini açıqlayıb. Ankara bununla əlaqədar ABŞ-da yaşayan Fəthullah Gülənin Türkiyəyə verilməsini tələb edib. Vaşinqton isə Fəthullah Gülənin hərbi çevriliş cəhdində iştirakını sübut edən dəlilləri istəyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm