Dünya
Gürcüstanda sabiq deputatının həyətindən partlayıcı maddə tapılıb
Gürcüstanda fəaliyyət göstərən “Respublika Partiyası”nın üzvü, 2008-2012-ci illərdə parlamentin deputatı seçilmiş Roman Marsaqişvilinin Msxeta-Mtianeti rayonu, Arşa kəndindəki evinin həyətindən trotil aşkar edilib.
APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, bu barədə "Gürcü arzusu - demokratik Gürcüstan" partiyasının parlamentdəki təmsilçisi Karlo Kopaliani bildirib.
K. Kopaliani bildirib ki, partlayıcı qurğu bir neçə il əvvəl Roman Marsaqişvilinin siyasi fəaliyyəti zamanı onun həyətinə qoyulub: “Biz müxalifət deputatları olaraq əvvəlki hakimiyyət tərəfindən (Vahid Milli Hərəkat partiyasından) təzyiqlərə məruz qalırdıq. İstisna etmirəm ki, bu partlayıcı qurğu Roman Marsaqişvilini partlatmaq üçün qoyulub. Mən ona hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağı məsləhət gördüm. Artıq polis əməkdaşları onun həyətində olan partlayıcı qurğunu götürüblər”, K. Kopaliani bildirib.
Hadisə ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO