Türkiyə kəşfiyyatı işçi axtarır: analiz, təqib, sui-qəsdlər – hədəf “C” qrupudur
Bizi izləyin

Dünya

Türkiyə kəşfiyyatı işçi axtarır: analiz, təqib, sui-qəsdlər – hədəf “C” qrupudur

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) yenidən qurulur.

Publika.az xəbər verir ki, FETÖ-nün 15 iyul dövlət çevrilişinə cəhdindən sonra xüsusi xidmət orqanlarında dəyişikliklər başlayıb.

Məlumata görə, MİT-də etibarlı kadrlardan ibarət qrup yaradılacaq. Bu qrup yeni kəşfiyyatçılar yetişdirəcək. FETÖ-nün xüsusi xidmət orqanlarına sızması ehtimalına qarşı yeni addımlar da atılacaq.

MİT tərkibində Kəşfiyyat Koordinasiya Qurumu ilə Müştərək Kəşfiyyat Koordinasiya Mərkəzi (MİKM) daha aktiv şəkildə işləyəcəklər. Digər qurumların topladığı məlumatlar bir mərkəzdə analiz ediləcək. Bu analizlərin aparılması, həmçinin, texniki təqib və paylaşılan görüntüləri təhlil etmək üçün yeni əməkdaşlar cəlb ediləcək və yetişdiriləcək. Yeni mütəxəssislərin yetirişdirilməsi üçün akademik tədris ocaqları yaradılacaq. Daxili kəşfiyyatla, xarici kəşfiyyat bir-birindən ayrılacaq.

Bununla yanaşı, FETÖ üzvlərinin Avropa və Afrikada təqib olunması işi aparılacaq.

Məlumata görə, hədəf dövlət çevrilişinə qatılan “A” qrupunun sıradan çıxarılmasından sonra sui-qəsdlər həyata keçirəcəyi ehtimal olunan “B” və “C” qruplarının da de-şifrə edilərək, təmizlənməsidir. Hazırda FETÖ-nün 75 faiz üzvü de-şifrə olunur. Lakin 25 faiz hələ də qalmaqdadır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm