Dünya
"İlin adamı" İlon Mask Sezarla müqayisə edildi
Amerikalı milyarder İlon Mask İspaniyanın “El Mundo” qəzeti tərəfindən "ilin adamı" seçilib.
Publika.az xəbər verir ki, buna həsr olunmuş materialın müəllifləri həm də iş adamını qədim Roma siyasətçisi və sərkərdəsi Qay Yuli Sezarla müqayisə ediblər.
“O, indiyə qədər yer üzündə yaşamış ən varlı adamdır və indi də ABŞ-ın seçilmiş prezidenti Donald Trampın sağ əlidir. Mask yeni təcrübəni - 21-ci əsrin “Sezarizmi”, şirkətlərin siyasətçilərlə birlikdə dövlətləri idarə etməsini təcəssüm etdirir”, - materialda deyilir.
Jurnalistlərin fikrincə, Sezarla müqayisə, Roma sərkərdəsinin həm də dövrünün ən zəngin adamı olması ilə bağlıdır. Bundan sonra o, sadə xalqın qəlbini fəth edə və bütün Roma Respublikası üzərində hakimiyyət qura bilib. Eyni zamanda Mask ABŞ-dan kənarda doğulduğu üçün bu yolu dəqiq təkrarlaya bilməyəcək və buna görə də prezidentliyə namizəd olmaq hüququ yoxdur.
Buna baxmayaraq, jurnalistlər onun Donald Trampla tandemini ABŞ-ı kökündən dəyişdirməyə qadir olan “iki böyük eqonun dueti” adlandırıblar. "El Mundo" müşahidəçilərinin fikrincə, Maskın gücü milyarderin "SpaceX" korporasiyasına sahib olması səbəbindən artıq suveren dövlət üzərində nəzarətlə müqayisə edilə bilər.
Adəm
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO
-
Avropa10 Noyabr 20:00Zelenski Əbu-Dabidəki üçtərəfli görüşdən danışdı - Nələr müzakirə edilib?
-
İdman10 Noyabr 19:36Emin Abbasova yüksək vəzifə verildi





















.png)

.jpg)









