Dünya
Əsəd və Səddamın partiyası “terrorçu təşkilat” elan olundu – ŞOK QƏRAR
İraq parlamenti ölkədə geniş yayılmış Ərəb Sosialist Dirçəlişi Partiyasını (BƏƏS) qadağan edən qanun layihəsini təsdiqləyib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, İraqın Nazirlər Kabineti tərəfindən göndərilən “Ərəb Sosialist Dirçəlişi Partiyasının fəaliyyətinin qadağan edilməsi və bu partiyaya üzv olanların cinayət daşıması haqqında” qanun layihəsi ötən gün İraq parlamenti tərəfindən qəbul edib.
Qəbul edilən qanunda göstərilir ki, bundan sonra İraqda BƏƏS partiyasının indiki və başqa adlarla fəaliyyəti, insanların bu partiyaya üzvlüyü qadağandır.
Sənəddə qeyd olunur ki, bundan sonra BƏƏS-ə üzv olmaq istəyən insanlar qanun qarşısında məsuliyyət daşıyacaq.
Eyni zamanda qanunda göstərilir ki, BƏƏS partiyası və İŞİD terror təşkilatı eyni kökdən qaynaqlanır: “BƏƏS və İŞİD bir medalın iki üzüdür. Hər iki təşkilat terror fəaliyyəti ilə məşğul olduğu üçün İraqda istənilən fəaliyyəti qadağan edilir”.
Xatırladaq ki, BƏƏS Suriya və İraqda ərəb sosialist partiyasıdır.
İraqın edam olunmuş lideri Səddam Hüseyn də 1979-2003-cü illərdə BƏƏS partiyasının bu ölkədəki başçısı olub.
Hazırda bu partiyanın yeganə fəaliyyət göstərən qanadı Suriyada Bəşər Əsədin də təmsil olunduğu partiyadır.
BƏƏS partiyasının Suriyada Baş katibi 10 iyun 2000-ci ildə ölümünə qədər Hafiz Əsəd olub. 2000-ci ildən bəri isə bu partiyanın Suriya regional rəhbərliyin katibi Bəşər Əsəddir.
Vasif Həsənli
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı