Dünya
Özünü “Mehdi” sayan Gülən “Uzun Cevdeti” döydü, Hakan Şükürə...
Vaxtilə Fətullah Gülənin yanında olan, lakin “17 dekabr”
hadisələrindən sonra camaatı tərk edən “Zaman” qəzetinin keçmiş
şef-redaktoru, köşə yazarı Hüseyn Gülərcə dini xadim kimi təqdim
olunan F. Gülənin əslində necə olduğu haqda danışıb.
Publika.az xəbər verir ki, H. Gülərcə Gülənin
“Zaman” qəzetinin sahibi olduğunu və vaxtilə tez-tez onun
ziyarətinə getdiyini bildirib: “Bir gün yenə yanına getmişdim.
Otağında onu gözləyirdim. Birdən səs-küy qopdu. Onun olduğu yerdə
belə səslərin gəlməsini heç vaxt eşitməmişdik. Sonra mən qapını
açdım. O, gözümün önündə Cevdet Türkoğlunu (camaatın bir nömrəli
imamı. “Uzun Cevdet” ləqəbi ilə tanınır – red.) təpik-yumruqla
döyürdü”.
H. Gülərcə qeyd edib ki, camaata bağlılığın səbəbi hipnozdur.
“Bunun adına Gülənizm deyilir. Təxminən 10 il öncə Fatihdə camaat
şagirdlərinin qaldığı yerə getdim. Burada onlara kitab oxudulur,
videolar izlədilir. Beləliklə, onların beyinləri yuyulur və
“Xidmət” adı altında istifadə olunurlar. “İşıq evləri”nə gedən
uşaqlara çox yaxşı dərs keçirlər. Bir neçə həftə sonra ana-ata
sevgisindən danışırlar və illüziya başlayır. Sonra o nadinc uşağın
anasına çox mədəni yaxınlaşdığını görən ana və atalar gözlənilə
inanmır və sevinirlər. Beləliklə onlar da təsir altına alınır.
Əslində bu evlərdə yetişdirilənlər 15 iyulda dövlət çevrilişi
etdilər”.
Gülərcə camaatın imtahan suallarını oğurladığı iddialarını
təsdiqləyib: “17 dekabr hadisələrindən sonra bir akademik mənə
yaxınlaşaraq dedi ki, sualların cavablarını mənə təklif etdilər.
Lakin qəbul etmədim, çünki artıq “Xidmət” üçün çalışmıram. Bir
dostum danışır ki, Fətullah Gülənin 17 dekabr hadisələri zamanı
məşhur “bəd duasından” sonra Hakan Şükür Amerikaya gedir. Hakan
Şükür Gülənə “əfəndim siz buna qarşılıqlı lənət oxuma deyirsiniz,
amma Türkiyədə buna “bəd dua” deyirlər”. Gülən Şükürə “Hakan bəy,
mən bunu öz başımdan demirəm” cavabını verir. O özünü “Mehdi”
sayır. Buna özü də inanır. Mənə peyğəmbərlə görüşdüyünü də
demişdi”.
H. Gülərcə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Fətullah Güləni
dəstəklədiyini dəqiq bildiyini qeyd edib.
Asif
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO