Dünya
Dünyanın ordusu olmayan 21 dövləti – FOTOLAR
Bu gün dünyanın əksər ölkələrinin silahlı qüvvələri, orduları mövcuddur. Hətta indi dünya ölkələrini ordusuz təsəvvür etmək belə mümkün olmur. Çünki ordu hər bir dövlətin müdafiəsini təmin edən əsas və vacib institutlardan biridir. Ordusu olmayan bəzi ölkələr isə digər müttəfiq dövlətlərlə özünün müdafiə olunması barədə sazişlər imzalayıb.
Ancaq bu gün dünyada elə ölkələr də var ki, onların ümumiyyətlə ordusu mövcud deyil.
Publika.az həmin ölkələrin siyahısını təqdim edir:
1. Andorra
Andorra daimi silahlı qüvvələrə malik deyil. Bu ölkənin müdafiəsinin təmin olunması üçün məsuliyyəti Fransa və İspaniya daşıyır.
2. Kosta-Rika
Bu ölkənin 1949-cu ildə konstitusiyasına edilən dəyişikliklə Kosta-Rikada silahlı qüvvələr ləğv edilib. Hazırda isə bu ölkənin müdafiəsini “Vətəndaş qvardiyası” təmin edir.
3. Qrenada
Bu ölkədə ordunu Kral polis gücləri və sahil mühafizəsi xidməti əvəz edir.
4. Haiti
Haiti ordusu ABŞ-ın hərbi müdaxiləsi nəticəsində dağıdılıb. Bundan sonra isə ölkədə “milli polis qüvvələri” yaradılıb.
5. İslandiya
İslandiyada daimi silahlı qüvvələr mövcud deyil. Bu ölkədə yeganə silahlı qüvvə ərazi sularında patrul çəkən sahil mühafizəsi xidməti sayılır.
6. Kiribati
Bu ölkədə də daimi silahlı qüvvə yoxdur.
7. Lixtenşteyn
Lixtenşteyn dövləti 1868-ci ildən bəri silahlı qüvvələrdən imtina edib.
8. Marşal adaları
Marşal adaları dövlətinin təhlükəsizliyi və ölkənin müdafiəsi üçün bütün məsuliyyəti ABŞ dövləti daşıyır.
9. Mikroneziyanın Federativ Ştatları
Mikroneziyanın Federativ Ştatlarında silahlı qüvvələr mövcud deyil.
10. Mavriki adaları
Mavriki adaları təqribən 20 minlik Fövqəladə Hallar Xidmətindən savayı, heç bir silahlı qüvvəyə malik deyil.
11. Monako
Deyilənə görə, Monako ordusu cəmi 82 nəfərdən ibarətdir ki, onların da hər biri hərbi orkestrə cəlb edilib.
12. Nauru adaları
Bu ada dövlətinin təhlükəsizliyinin təmin olunması işini Avstraliya hökuməti həyata keçirir.
13. Palau dövləti
Sakit okeanın şimalında yerləşən və 328 adadan ibarət olan bu dövlətin heç bir silahlı qüvvəsi yoxdur.
14. Panama Respublikası
Mərkəzi Amerika ölkəsi olan Panama Respublikasında da Silahlı Qüvvələr mövcud deyil.
15. Solomon adaları
Solomon adaları və ya Süleyman adaları Sakit okeanda yerləşən arxipelaq və dövlətdir. Melaneziyanın tərkib hissəsi olan bu ada dövləti silahlı qüvvəyə malik deyil.
16. Sent-Lüsiya
1502-ci ilin 13 dekabrda Xristofor Kolumb tərəfindən kəşf edilən Sent-Lüsiya dövləti birləşmiş orduya sahib deyil.
BMT-nin üzvü olan Sent-Lüsiyanın dövlət başçısı Böyük Britaniyanın kraliçası II Yelizavetadır. Onu ölkədə kraliça tərəfindən təyin edilən general-qubernator təmsil edir.
Ölkədə kral polis hissələrindən başqa, xüsusi güclərin bölmələri və sahil mühafizə xidməti vardır.
17. Seynt Vinsent və Qrenadin
Seynt Vinsent və Qrenadin Karib dənizində yerləşən və BMT-yə üzv olan müstəqil dövlətdir. Ərazisi Kiçik Antil adaları arxipelaqında yerləşən Sen-Vinsent adası və 32 kiçik adadan ibarət Qrenadina adalar qrupundan ibarətdir.
Ölkədə yalnız polis və sahil mühafizəsi xidmətləri var.
18. Tuvalu
Tuvalu Sakit okeanda 9 mərcan adasından ibarət Polineziya ölkəsidir. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir.
Tuvaluda polisdən savayı, heç bir silahlı qüvvə yoxdur.
19. Vanuatu Respublikası
Sakit okeanın cənubunda yerləşən Vanuatu dövləti də polisdən savayı heç bir silahlı qüvvəyə malik deyil.
20. Vatikan
Roma katolik kilsəsinin mərkəzi olan Vatikan müstəqil şəhər dövlətinin silahlı qüvvələri yoxdur. Bu ölkənin təhlükəsizliyini İsveçrə qvardiyası və Roma Papasının jandarması təmin edir.
21. Samoa dövləti
Bu ölkənin də polisdən savayı, silahlı qüvvələri mövcud deyil. 1962-ci ildə imzalanan müqaviləyə əsasən, Samoanın təhlükəsizliyini Yeni Zelandiya hökuməti təmin edir.
Vasif Həsənli
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO