Dünya
42 yaşlı amerikalı 7600 metr hündürlükdən tullandı
42 yaşlı amerikalı paraşütçü təxminən 8 km hündürlükdə təyyarədən paraşütsüz tullanaraq tarixə düşüb.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, paraşütçü enişi xüsusi hazırlanmış tor üzərinə edib.
Veteran paraşütçü Lyuk Eykins uğurlu cəhdi digər üç paraşütçü ilə şənbə günü Kaliforniyanın “Simi Valley” bölgəsində edib.
Onu müşahidə edən paraşütçülərdən biri kamera ilə çəkiliş aparıb, ikincisi Eykinsin uğurlu eniş etməsi üçün ona istiqamət verib, üçüncüsü isə oksigen balonunu saxlayıb.
Müəyyən hündürlükdən sonra onlar paraşütlərini açaraq Eykinsi yalqız buraxıblar.
İki dəqiqəlik sərbəst enişdən sonra o, əvvəlcədən hazırlanmış 30X30 metr ölçüsündə olan torun mərkəzinə düşüb.
Bu cəhd canlı olaraq yayımlanıb.
42 yaşlı Eykins paraşütçü olmuş atası və babasının yolunu davam etdirib. O, ilk paraşütlə tullanışını hələ 12 yaşı olarkən həyata keçirib.
Eykins kaskasında olan GPS və Toru işarə edən işıqlandırma sisteminin onun 7600 metr hündürlükdən uğurlu eniş etməsini asanlaşdırdığını bildirib.
-
Hadisə14:16
Tələbə ürəktutmadan öldü - FOTO
-
Ekologiya12:05
Bakı-Şamaxı yolunda qar hərəkəti iflic etdi - VİDEO
-
Qoroskop11:12
Yeni il bu bürclərə düşərli olacaq
-
Sosial10:16
"Şokolad trendi" ilə bağlı fərqli videolar və TANINMIŞLARIN REAKSİYASI
-
Ekopublika.az10:00
Hamı evini satıb gedir: 3 otaqlı mənzillər 75 min manata...
-
Ekologiya09:33
Bakıya qar yağır - Faktiki hava
-
Hadisə09:10
Azərbaycanda evdə partlayış oldu: xəsarət alan var
-
Nəqliyyat08:55
Bu yolda sürət həddi endirildi