Dünya
"Petkim"də FETÖ əməliyyatı
Türkiyənin "Petkim" neft-kimya kompleksində Fətullah Gülən hərəkatı tərəfdarlarına qarşı xüsusi əməliyyat keçirilir.
Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir. Hazırda kompleks ərazisindəki binada axtarışlar həyata keçirilir. Əməliyyatın başqa detalları barədə açıqlama verilmir.
Daha öncə Direktorlar Şurasının sədri Vaqif Əliyev bildirmişdi ki, iyulun 27-dən etibarən "Petkim" holdinqində (SOCAR-ın Türkiyə aktivi) ayrı-ayrı departamentlərdən 27 nəfər işdən azad edilib.
Onun sözlərinə görə, SOCAR Türkiyədə restrukturizasiya prosesi çərçivəsində əvvəlki kimi bu ölkəyə investisiya yatırmağa davam edəcək: "Türkiyədə şirkətin investisiyaları 18 milyard dollar təşkil edir. Bununla da şirkət Türkiyədə ən iri xarici investordur".
Xatırladaq ki, iyulun 28-də “Petkim” neft-kimya kompleksinin baş direktoru Sadəddin Qorqud saxlanılıb. SOCAR-ın Yunanıstandakı törəməsinin (SOCAR Greece) rəhbəri Anar Məmmədov holdinqin baş direktoru vəzifəsinə gətirilib.
-
Sosial17:11
Sabiq qərargah rəisi saxlanıldı
-
Maraq dünyası16:20
2 bürc gələcəyi görür - Xüsusi istedadları var
-
MDB15:28
Rusiya dəstəyi dayandırdı: Pulsuz qalıblar
-
Sosial14:55
Azadlıq Partiyası ləğv edildi
-
Sosial14:18
Azərbaycanlı xanım ABŞ-da diaspor təşkilatı yaratdı - FOTO
-
Hadisə13:22
Bakıda restoranda bir ailənin 4 üzvünü döydülər - VİDEO
-
Sosial12:25
Azərbaycanda yeni nazirlik yaradılır
-
Maraq dünyası12:07
Ən yaxşı yola gedən bürclər - Möhtəşəm cütlükdürlər