Dünya
ABŞ Tehrana 400 milyon ödədi – ŞOK
ABŞ hökuməti 4 Amerika vətəndaşının sərbəst buraxılması üçün İrana 400 milyon dollar məbləğində vəsait ödəyib.
Publika.az xəbər verir ki, bu barədə “Wall Street Journal”-da sensassion məlumat dərc olunub.
Məlumatda deyilir ki, ABŞ hökuməti sözügedən vəsaiti bu ilin yanvar ayında İrana göndərib və bu barədə məlumat gizli saxlanılır. Bu qədər vəsaitin əvəzində isə İran dövləti saxladığı 4 ABŞ vətəndaşını sərbəst buraxıb. İranda saxlanılan ABŞ vətəndaşları arasında “Washington Post” qəzetinin müxbiri Jason Rezaian da var.
İddialara görə, İranda dollar istifadəsi qadağan edildiyi üçün, ABŞ-ın ödədiyi vəsait avro və İsveçrə valyutası ilə ilə hesablanıb.
Xatırladaq ki, ABŞ-ın xarici işlər naziri Con Kerri isə ölkəsinin İrana ödəyəcəyi 1,7 milyard dollar vəsaitinin səbəblərinin ayrı məsələ olduğunu deyib.
C.Kerri 1981-ci ildə İranın hərbi təyyarə almaq üçün ABŞ-a 1,7 milyard dollar vəsait ödədiyini və ancaq bu müqavilə həyata keçmədiyi üçün sazişin dondurulması müqavilində 400 milyon dollar faiz hesablandığını bildirib.
Vasif Həsənli
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı