Dünya
ABŞ yeni nüvə silahı hazırladı – FOTOLAR
ABŞ-ın Nüvə Təhlükəsizliyi Milli İdarəsi (NNSA) “B-61-12” adlı modernləşdirilmiş atom bombasının istehsalına hazırlıq prosesini başlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, proqramın mühəndis mərhələsi üzərində iş 4 il ərzində həyata keçirilib. Kütləvi istehsala isə 2020-ci ildə başlanılacağı gözlənilir.
NNSA bəyan edib ki, ABŞ-ın arsenalı ən köhnə nüvə komponent bazası olduğu üçün bu yenilənmə onun ömrünü daha 20 il uzatmağa imkan verəcək.
“B61”-in yeni versiyasının yaradılmasına 4 il vaxt sərf olunub. O, köhnə bombaları əvəz edəcək və strateji bombardmançılardan başqa, taktiki aviasiya təyyarələrində də istifadə olunacaq.
2020-ci ildən ABŞ “B61-12” bombasını sursatın köhnə növləri yerləşən Avropa bazalarına yerləşdirməyi planlaşdırır.
Xatırladaq ki, ABŞ strateji nüvə qüvvələrinə aid “B61” silahı 1960-cı ildən istehsal edilir.
Vasif Həsənli
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı