Dünya
Ərdoğanı devirmək üçün gələn amerikalı casusun şok MESAJI
Türkiyədə 15 iyul dövlət çevrilişi planının əsas
müəlliflərindən olduğu deyilən ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatının
(CİA) keçmiş yüksək vəzifəli casusu, Türkiyə üzrə mütəxəssisi
Qraham Fuller Ankaranı Suriyadan çəkilməyə çağırıb.
Publika.az xəbər verir ki, Fuller qələmə aldığı məqalədə Türkiyənin
modern tarixində xarici siyasətinin fiaskoya uğradığını iddia
edib.
O, Ərdoğanı Suriya problemini qızışdırmaqda ittiham edib.
“1. Türkiyə Əsədin yaxın dövrdə postundan ayrılmayacağı həqiqətini
dərk etməli, ona qarşı çıxmaqdan vaz keçməlidir. Rusiya, ABŞ, Çin,
Misir və hətta bir çox suriyalı Əsəddən sonra baş verəcəklərin daha
pis olacağını anlayır. Türkiyənin də bu faydasız mübarizədə
qazanacağı çox az şey var, əksinə daha çox itirə bilər.
2. Türkiyə Suriyada sülhə nail olmaq üçün ABŞ, Rusiya və Avropa
Birliyi kimi böyük güclərlə çalışmalıdır. Səudiyyə Ərəbistanı ilə
qurmaq istədiyi sünni ordu ideyasını rədd etməlidir.
3. Bölgədə məzhəb qarşıdurmasının əleyhinə olan keçmiş mövqeyinə
qayıtmalıdır.
4. İranla münasibətləri genişləndirmək üçün çalışmalıdır.
5. Məzhəb qarşıdurması problemini həll etmək üçün İraqla yaxından
əməkdaşlıq etməlidir.
6. Səudiyyə Ərəbistanı ilə strateji münasibətlərə son
qoymalıdır.
7. Məzhəb yaxınlaşması fonunda yanaşmayacağı halda, Körfəz ölkələri
ilə əməkdaşlıq etməli, xüsusilə Qətərlə əlaqələri
genişləndirməlidir.
8. Rusiya ilə münasibətləri yoluna qoymalı, NATO-nu Rusiyaya qarşı
qoymamalıdır.
9. Bölgədə “kürd elementləri” ilə yaxın münasibət qurmağı prioritet
istiqamət kimi seçməlidir”, - deyə Q. Fuller vurğulayıb.
Qeyd edək ki, 15 iyul dövlət çevrilişi planının əsas
müəlliflərindən birinin məhz Fuller olduğu deyilir. Məlumata görə,
Fuller iyulun 15-də İstanbulda olub.
“Türkiyə” qəzetinin iyulun 23-də yazdığı məqalədə bu haqda bəhs
olunmuşdu.
Məqalədə qeyd edilir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA)
Türkiyə üzrə mütəxəssisi Henri Barkey çevrilişə cəhd edilən günün
axşamı İstanbul “Büyükada Splendid Palace” otelində idi.
H. Barkey Fətullah Gülənin ABŞ-da yaşamaq hüququnu təmin edən
CİA-nın keçmiş şeflərindən olan Qraham Fullerə yaxın adamlardan
biridir. İkisi birlikdə “Türkiyədə kürd problemi” kitabını
yazıb.
H. Barkey 15 iyul saat 10:24-də Atatürk Hava Limanında enib. İyulun
18-dən 19-na keçən gecə səhər saat 04:05-də Atatürk Hava Limanından
Türkiyəni tərk edib. Digər ehtimala görə, H. Barkeyin Türkiyəyə
gəlişi bilərəkdən de-şifrə edilib. Məqsəd diqqəti çevriliş günü
Türkiyəyə gələn Qraham Fullerdən yayındırmaq olub.
“Əsas gələn CİA-nın keçmiş şeflərindən olan Fətullah Gülənin hamisi
Qraham Fuller idi. Henri Barkeyin sadəcə hədəfi çaşdırmaq məqsədi
daşıyırdı”, - deyə mənbə israrla qəzetə bildirib.
Məlumata görə, Fullerin özü çevriliş planını idarə etmək üçün
Türkiyədə olub.
Onun dövlət çevrilişi planı baş tutmayandan sonra 8 hərbiçini
Yunanıstana qaçıran helikopterin içində olduğu da deyilir.
Bu iddia ilə çıxış edən AKP-nin Ərzurumdan olan deputatı Orhan
Deligöz deyib ki, amerikalı casus Fuller CİA-nın “İstanbul
masası”nın şefi olub: “O, 1964-cü ildə Türkiyəyə gəldi və 1966-cı
ildə Fətullah Gülən camaatı quruldu. İllər sonra o, Gülənin
Amerikada yaşamaq icazəsi almasına kömək edib. Əslində 15 iyul
planı 1964-cü ildən başlayaraq, hazırlanıb. 15 iyulda da Fuller
İstanbulda idi. Plan baş tutmayanda onu Yunanıstana qaçırdılar. 8
əsgərin olduğu deyilən helikopterdə Fuller də var idi”.
Qeyd edək ki, dövlət çevrilişinə adı hallanan CİA-ın hər iki keçmiş
casusu – Qraham Fuller və Henri Barkey haqda Türkiyə tərəfindən
cinayət işi açılıb.
Asif
Oxumağa davam et
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO