ABŞ Orta Asiyada Rusiya və Çinə qarşı yeni ittifaq yaradır? – FOTO
Bizi izləyin

Dünya

ABŞ Orta Asiyada Rusiya və Çinə qarşı yeni ittifaq yaradır? – FOTO

ABŞ və Orta Asiya ölkələrinin xarici işlər nazirlərinin “C5+1” formatlı qrupunun Vaşinqtonda görüşü keçirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə ABŞ-ın xarici işlər naziri Con Kerri, Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov, Qırğızıstanın xarici işlər naziri Yerlan Abdildayev, Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov, Tacikistanın xarici işlər naziri Siraceddin Aslov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov iştirak ediblər.

ABŞ ilə Orta Asiya ölkələri arasında diplomatik münasibətlərinin qurulmasının 25 illik yubileyinə həsr olunan görüşdə təhlükəsizlik, iqtisadi, ticarət, ekoloji problemlərlə bağlı ikitərəfli və birgə müzakirələr aparılıb, bu sahədə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Görüşdə həmçinin ABŞ-ın bu ölkələrlə iqtisadi və ekologiya sahəsində əməkdaşlığının daha gücləndiriləcəyi vurğulanıb.

Görüş zamanı Con Kerri deyib ki, Parisdə imzalanan beynəlxalq iqlim müqaviləsinin şərtlərinə əsasən ABŞ Orta Asiya ölkələrinə dəstəyini davam etdirəcək.

C.Kerri bölgənin təhlükəsizliyinin təmin edilməsinə və bu region vasitəsilə qonşu Əfqanıstanın müstəqilliyinin qorunması istiqamətində vacib addımlar atılmasının əhəmiyyətini vurğulayıb: “ABŞ Əfqanıstanın müstəqilliyinin qorunması və bölgənin təhlükısizliyinin təmin olunması prosesində Orta Asiya ölkələri ilə birgə addımlar həyata keçirir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm