Misirin sabiq müftisinə qarşı sui-qəsd edildi
Bizi izləyin

Dünya

Misirin sabiq müftisinə qarşı sui-qəsd edildi

Misirin sabiq müftisi Əli Cüməyə qarşı sui-qəsd törədilib. Ölkə KİV-ləri Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, din xadiminin özünə zərər dəyməyib, onu müşayiət edən polis əməkdaşı isə yüngül yaralanıb.

Hadisə cümə namazından əvvəl din xadimi 6 Oktyabr şəhərində yerləşən məscidə gedərkən baş verib. Ona yaxınlıqdakı parkdan atəş açılıb.

Ə.Cümə 2003-cü ildən 2013-cü ilədək ölkənin ali müftisi vəzifəsində çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm