İŞİD müdafiə nazirinin maşın karvanına hücum etdi – FOTOLAR
Bizi izləyin

Dünya

İŞİD müdafiə nazirinin maşın karvanına hücum etdi – FOTOLAR

İraqın müdafiə naziri Xalid əl-Übeyd İŞİD terror təşkilatının qəfil silahlı hücumuna məruz qalıb.

Publika.az “RT Arabic”-ə istinadən xəbər verir ki, müdafiə naziri terrorçulardan son anda xilas ola bilib.

Məlumata görə, müdafiə naziri Xalid əl-Übeydin avtomobil karvanına Mosulun cənubunda İŞİD terrorçuları minaatanlardan atəş açıb.

İraq müdafiə naziri bu hücumdan xilas olaraq ölkənin Neynəva əməliyyat komandanlığına sığınıb.

Xalid əl-Übeydin səfəri zamanı İraq ordusunun yüksək rütbəli komandanları, o cümlədən baş qərargah rəisi, hərbi hava və quru qoşunların komandanları da onu müşayiət ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm