Ərdoğanla Putinin 12 maddəlik PLANI
Bizi izləyin

Dünya

Ərdoğanla Putinin 12 maddəlik PLANI

Ərdoğan-Putin görüşündən sonra Türkiyə və Rusiya münasibətlərində yeni mərhələyə start verilib.

Publika.az xəbər verir ki, yeni mərhələdə iki ölkənin birgə fəaliyyəti 12 maddəlik planla müəyyən edilib. Bu plana aşağıdakılar aiddir:


1. Rusiya-Türkiyə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Təşkilatının yenidən fəaliyyətini bərpa etmək.

2. İki ölkə arasında “çarter” uçuşlarına başlamaq.

3. Başda əkinçilik olmaqla iki ölkə arasında ticarət məhdudiyyətlərini tamamilə aradan qaldırmaq.

4. Rusiyaya qarşı sanksiyaları aradan götürmək.

5. İki ölkə arasında viza rejimini ləğv etmək.

6. “Akkuyu” AES-in inşasına strateji layihə statusunu vermək.

7. “Türk axını” layihəsi ilə bağlı müzakirələri sürətləndirmək.

8. “Türk axını” layihəsini 2019-cu ildə istifadəyə vermək məqsədilə çalışmaq.

9. Rusiya-Türkiyə ortaq investisiya təşkilatının yaradılması.

10. Hərbi sahədə müdafiə sənayesində əməkdaşlığı artırmaq.

11. Türkiyə-Rusiya-Azərbaycan arasında üçtərəfli format yaratmaq.

12. Moskva ilə Ankara arasında etibar mühitini formalaşdırmaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm