Dünya
“Yunan” zalında qəbul: Putinin Ərdoğana gizli MESAJI?
Avqustun 9-da Rusiyaya səfər edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Vladimir Putin tərəfindən “Konstantinov” sarayında qarşılaması diqqətçəkici məqamdır.
Publika.az xəbər verir ki, burada gizli niyyətin
olduğuna dair iddialar var.
Çünki Yunanıstanla yanaşı Rusiya da özünü Bizans imperiyasının
varisi hesab edir. Belə ki, XV əsrdə
Rusiya hökmdarı Moskvanın Böyük Knyazı III İvan son Bizans
imperatorunun qardaşı qızı və taxtın nəzəri varisi Sofiya Paleoloq
ilə evlənərək, özünü Bizans taxtının varisliyinə iddiasını ortaya
qoymuşdu. Lakin 1453-cü ildə Konstantinopolu tutan Osmanlı sultanı
II Mehmet Qeyseri-Rum titulunu qəbul edərək, özünü Bizansın varisi
elan etmişdi.
Hələ o vaxtdan Rusiya Konstantinopola və Bizans imperiyasının
varisliyinə iddialıdır. Bu, həm də tarixi Bizans imperiyasının
ərazilərinə iddialı olmaq deməkdir. Maraqlıdır ki, ötən il
Rusiya prezidenti Vladimir Putin Müqəddəs Afon dağına səfəri
çərçivəsində Bizans imperatorlarının taxtına əyləşdi.
Təyyarə böhranı ilə başlanan “soyuq savaş”dan sonra Ərdoğanın ilk
dəfə rus torpaqlarına səfəri zamanı məhz Konstantinov sarayının
"Yunan" zalında qəbul olunması Bizans varisliyinə iddialar fonunda
diqqətdən yayınmır. Bununla Rusiyanın Ankaraya tarixi mesaj
verdiyini düşünənlər də var.
Lakin “Komsomolskaya Pravda” qəzeti bununla Rusiyanın heç bir
niyyəti ortaya qoymadığını yazıb.
“Bu saray Çar Rusiyasının mirasıdır. Müharibədə və Sovet vaxtında
ciddi zərər görmüş saray bir neçə il qabaq təmir olunub. Lakin
orada tarixi adlar saxlanılıb. Bura qonaqları qəbul etmək üçün çox
rahat məkandır. Misal üçün, ötən il Rusiya prezidenti Qırğızıstan
prezidenti Almazbek Atambayevi də bu sarayda qarşılamışdı. Axı
qırğızlara Rusiya dövlətinin yunan kökləri haqda mesaj verməyə
ehtiyac yoxdur. Bu baxımdan, Ərdoğanın da burada qəbul olunması
hansısa mesajın verilməsindən yox, əlverişli görüş mühitinin
olmasından irəli gəlir”, - deyə qəzet yazıb.
Asif
-
Sosial16:20
Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan
-
Digər14:40
Günəşdə iki böyük partlayış oldu
-
Kriminal14:30
Şəmsi Səmədzadə həbs olundu
-
Yaxın Şərq14:00
Əsədin tutulmasına yardım edənə bu qədər pul veriləcək
-
Dünya13:15
Bəşər Əsəd öldü - "Reuters"
-
Hadisə13:05
Politoloq Azər Qasımlı saxlanıldı
-
Hadisə12:15
Azərbaycanda qulağına səslər gələn 33 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL: həyat yoldaşını...