Türkiyə NATO-dan çıxarılır? - AÇIQLAMA
Bizi izləyin

Dünya

Türkiyə NATO-dan çıxarılır? - AÇIQLAMA

NATO son günlər Türkiyənin bu təşkilatdan uzaqlaşdırılması ilə bağlı bir sıra Qərb liderlərinin səsləndirdiyi fikirlərə münasibət bildirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, NATO səslənən bu kimi fikirləri qınayıb.

NATO-nun yaydığı bəyanatda deyilir ki, Türkiyənin bu təşkilatın üzvlüyündən çıxarılması müzakirə mövzusu deyil: “Türkiyə NATO-nun dəstəyinə hər zaman güvənə bilər. Öz növbəsində NATO da Türkiyənin verdiyi töhfələrə inanır. Odur ki, Türkiyənin NATO üzvlüyündən çıxarılması məsələsi müzakirə mövzusu ola bilməz”.

Xatırladaq ki, Türkiyə və Rusiya arasında münasibətlərin normallaşmasından sonra Qərb dövlətlərinin bir sıra tanınmış şəxsləri Türkiyənin bu təşkilatın üzvlüyündən çıxarılmasına çağırışlar edirlər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm