Putinin generalı: “Müharibə hələ bitməyib”
Bizi izləyin

Dünya

Putinin generalı: “Müharibə hələ bitməyib”

“Hələb ətrafında vəziyyət mürəkkəb olaraq qalır. Qədim şəhər indi özlərinə “Djebxat Feytxaş-Şam” adı altında “mülayim müxalifət” deyən “Djebxat an-Nusra” döyüşçülərinin əlindədir”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının əsas operativ idarəsinin müdiri, general-leytenant Sergey Rudskoy jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu döyüşçülər həm şimalda, həm də Hələbin cənubunda hökumətə (Bəşər Əsədə - red.) hücum edirlər: “Ən mürəkkəb vəziyyət Hələbin cənub-qərbində yaranıb. Orada tanklar, piyada döyüş maşınları və artilleriya ilə silahlanmış 7 min döyüşçü var. Orada müharibə davam edir”.

S.Rudskoy bildirib ki, avqustun 6-dan 7-nə keçən gecə sərt döyüşlərdən sonra terrorçular Hələbin cənub-qərbində Suriya ordusunun müdafiə xəttini yararaq, orada yerləşən hərbi məktəblərin ərazini ələ keçirib.

“Əvvəlcə döyüş maşınları və zirehli avtomobillərlə kamikadzelərin hücumu başladı. Lakin bu, vəziyyətə əhəmiyyətli təsir etmədi. Onların nəzarət etdiyi ərazilər hökumət qoşunlarının daimi atəşi altındadır”, - deyə o bildirib.

Rusiyalı general-leytenant bildirib ki, son dörd gün ərzində Hələbin cənub-qərbində qruplaşmanın 1000-dən çox üzvü öldürülüb, təxminən iki min yaralı var:

“Onların 7 tankı, 8 piyada döyüş maşını, 29 minaatan, böyük kalibrli silahlarla təchiz olunmuş 85 avtomobili məhv edilib”.

O, qruplaşmaya qarşı Əsəd ordusunun hücumlarının davam etdiyini vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm