Ərdoğan və Putin yenidən görüşəcək
Bizi izləyin

Dünya

Ərdoğan və Putin yenidən görüşəcək

“Bu ilin sentyabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin yenidən bir araya gələ bilər”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

Səfir deyib ki, bu ilin sentyabrında Çində təşkil olunacaq “G20” dövlət başçılarının sammiti çərçivəsində Ərdoğan və Putin arasında da ikitərəfli görüşün keçirilməsi gözlənilir.

Ümit Yardım qeyd edib ki, avqustun 9-da Sankt-Peterburqda keçirilən tarixi görüş Türkiyə və Rusiya arasında yeni səhifə açıb.

Onun sözlərinə görə, indi Türkiyə və Rusiya bir çox məsələlərdə həmfikir olduğu kimi, Suriyanın ərazi bütövlüyü məsələsində də ortaq mövqeyə malikdir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm