Kremldən güc nümayişi: zərbəçi qrup Aralıq dənizinə göndərilir
Bizi izləyin

Dünya

Kremldən güc nümayişi: zərbəçi qrup Aralıq dənizinə göndərilir

Rusiyanın gəmi zərbəçi qrupu 15 avqustdan Aralıq dənizinin şərq hissəsində yoxlama taktik təlimlərinə başlayacaq.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Təlim Qara dəniz donanmasının döyüş hazırlığı planına uyğun olaraq keçirilir. Zərbəçi qrupunun tərkibinə ən yeni kiçik raket gəmiləri “Serpuxov” girəcək. Bundan başqa, təlimə Hərbi Dəniz Donanmasının bir neçə gəmisi cəlb edilir.

“Yoxlama taktik təliminin gedişatında böhran vəziyyətlərində donanma güclərinin qabiliyyəti yoxlanılacaq”, - Müdafiə Nazirliyindən bildirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm