Ankaradan tarixi QƏRAR – Əsəd bağışlanır?
Bizi izləyin

Dünya

Ankaradan tarixi QƏRAR – Əsəd bağışlanır?

“Suriyadakı mövcud hakimiyyət ölkədəki vətəndaş müharibəsinin başa çatdırılmasına yönəlik danışıqlara qatıla bilər”.

Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım deyib.

Səfir Ankaranın Suriyadakı siyasi keçid prosesində mövcud hakimiyyətin rol oynamasına qarşı olmadığını ifadə edib.

Daha əvvəl isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV kanalına müsahibəsində Suriya prezidenti Bəşər Əsədin başında olduğu bir siyasi keçid prosesinin həqiqi bir keçid prosesi olmayacağını dilə gətirib.

“Dəyişiklik istəyiriksə, bir keçid hökuməti olmalıdır. Əsəd ilə əhatəli bir keçid olmaz”, - Türkiyə xarici siyasət idarəsinin başçısı vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm