Bu ölkə ikinci SURİYA OLACAQ
Bizi izləyin

Dünya

Bu ölkə ikinci SURİYA OLACAQ

Suriyada sıxışdırılan “İslam dövləti” (İŞİD) terror qruplaşması Yaxın Şərqdə özünə yeni dayaq nöqtələrini yaradır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Yəmən siyasətçisi, “Reşade Salafi” Partiyasının Şura üzvü Məhəmməd Taxer Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İŞİD-in Yaxın Şərqdə yaratdığı yeni dayaq nöqtələrindən biri də Yəməndir. Siyasətçi qeyd edib ki, İŞİD vətəndaş müharibəsi nəticəsində Yəməndə yaranan xaosdan özü üçün uyğun şərtləri tapıb.

Onun fikrincə, bu, yalnız Yəmən üçün deyil, bütün dünya üçün təhlükəlidir.

“Biz Rusiyadan vəziyyətə diqqəti yönəltməyi xahiş edirik. Yəmən hələ ki bütün dünya üçün təhdid olmayıb”, - o, deyib.

Siyasətçi həmçinin qeyd edib ki, İŞİD və başqa terror qruplaşmaları artıq Yəmən ərazisinin dörddə birinə nəzarət edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm