İŞİD-ə qoşulmaq istədi, 12 illik “srok”a getdi
Bizi izləyin

Dünya

İŞİD-ə qoşulmaq istədi, 12 illik “srok”a getdi

İŞİD-ə qoşulmağa cəhd göstərən ABŞ-ın Missisipi ştatının sakininə 12 il həbs cəzası verilib.

Publika.az xəbər verir ki, bu qərarı Oksford (Missisipi ştatı) məhkəməsi çıxarıb. Araşdırmaya görə, 20 yaşlı Celin Delşon Yanq 22 yaşlı həyat yoldaşı Muhammed Dahlall ilə birlikdə Suriyaya – İŞİD-in düşərgəsinə yollanmağa hazırlaşırlarmış. Bundan başqa, onlar terror təşkilatını müdafiə edən bəzi açıqlamalar da veriblər.

Federal Təhqiqat Bürosu (FTB) ötən ilin mayından cütlüyün izinə düşüb. Onlar təyyarəylə İstanbula qaçmaq istəyərkən ələ keçiblər. Gənc ər-arvad terror təşkilatına dəstək verməkdə və onlara qoşulmaqda ittiham olunaraq həbs ediliblər. Onlar məhkəmədə günahlarını etiraf ediblər. Hərçənd qız planı özünün hazırladığını bildirib.

Yanqı 20 ilə yaxın azadlıqdan məhrum etmə cəzası gözləsə də, 12 illə canını qurtarıb. Elə həyat yoldaşı da ömrünün təxminən bir o qədər hissəsini dəmir barmaqlıqlar arasında keçirməli olacaq. Onun haqda yekun qərar gələn ay veriləcək.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm