Dünya
Çevriliş mətnini oxuyan TRT APARICISI HƏBS OLUNMAYIB – FOTO
Ankara Mütəşəkkil Cinayətkarlığa Qarşı Polis Şöbəsinin əməkdaşları Türkiyədə 15 iyul “FETÖ” terror təşkilatının törətdiyi cinayət işi ilə əlaqədar TRT televiziya kanalının 42 əməkdaşını saxlayıb.
Publika.az www.ulke.com.tr - yə istinadən xəbər verir ki, saxlanılanlar arasında 15 iyul gecəsi qiyamçıların dövlət çevrilişi etməsi barədə mətnini efirdə səsləndirən TRT-nin tanınmış aparıcısı Tijen Karaş da var.
Saxlanılan şəxslər Ankara Təhlükəsizlik Xidmətinə gətirilib. Hazırda onların ifadələri alınır.
Qeyd edək ki, Ankara Prokurorluğu tərəfindən TRT-nin 42 əməkdaşı barəsində istintaq başlanıb.
***
Sonradan adıçəkilən sayt Karaş haqqında xəbəri silib. TRT-nin Bakı Təmsilçiliyindən bildirilib ki, TRT-də həqiqətən əməliyyat aparılıb və həbs olunanlar arasında xəbər aparıcısı da var. Amma bu aparıcı Tijen Karaş deyil. Publika.az mövzunu diqqətdə saxlayır.
Vasif Həsənli
-
Magazin219:30
Elton Con görmə qabiliyyətini itirdi
-
Kriminal19:00
Havvaxanımın məhkəməsi başlayır: 100-dən çox zərərçəkən var
-
Nəqliyyat18:50
Bakıda COP29 zolaqlarının qüvvədən düşdüyü yollar - SİYAHI
-
Nəqliyyat18:30
Bakının axşam tıxacı...
-
Dünya17:35
Rusiyalı turistlərə bu ölkəyə giriş qadağan edildi
-
MDB16:36
Gürcüstandakı iğtişaşların təhrikçisi bəlli oldu - Rusiya açıqladı
-
Sosial15:32
Əli Kərimliyə bu cəza verildi
-
Maraq dünyası14:56
Bu 3 bürc 2024 bitmədən varlanacaq - Pul sel kimi gələcək