Dünya
Saakaşvili: “O, bilavasitə Putinlə əlaqə saxlayır” - VİDEO
Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun birinci müavini, abxaz separatisti İnal Ardzinba Odessa vilayətinin ərazisində terror fəaliyyəti həyata keçirir.
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “112” telekanalının efirində deyib.
“Kremldə onların “Bessarabiya” mərkəzi var. Abxaz separatçılarının nümayəndəsi İnal Ardzinba bu mərkəzə rəhbərlik edir. O, bilavasitə Putinlə ünsiyyət saxlayır”, - qubernator vurğulayıb.
Saakaşvilinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin indiyə qədər Odessa vilayətinə olan iddialarından imtina etməyib. Saakaşvili qeyd edib ki, separatçılar Odessa vilayətində kifayət qədər güclüdür və Odessa meriyası onların qərargahıdır: “Separatçılar Ukraynada bir çox yerdə kifayət qədər güclü və aktivdir. Onlar Odessa vilayətində xüsusilə çoxdur. Onların qərargahı Odessa meriyasıdır, bu hamıya yaxşı məlumdur”.
Onun fikrincə, korrupsiyaya qarşı orqanlar Odessa meriyasının fəaliyyətinin araşdırılması ilə məşğul olmalıdır: “Harada “rus dünyası” var, orada korrupsiya var”.
Ömər Dağlı
-
Sosial04:44
Anası şəhid oğlunun məzarı başında hansı sirri öyrənib? - VİDEO
-
Sosial04:14
Göyçayda asfaltın ortasında alov əmələ gəldi - VİDEO
-
Magazin203:43
“Polis akademiyası”nın prodüseri vəfat etdi - FOTO
-
Sosial00:15
Deputatların rəqsi gündəm oldu - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Münaqişəyə səbəb ola bilərsiniz
-
Sosial7 Dekabr 23:36
Yeni ili bölgələrdə qarşılamaq görün neçəyə başa gələcək - QİYMƏTLƏR / VİDEO
-
İdman7 Dekabr 22:36
Premyer Liqanın futbolçusu ağır qəzaya düşdü - FOTO
-
Hadisə7 Dekabr 21:48
Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...