Dünya
“Döyüş”ün ikinci pərdəsi: O qadın Saakaşvilini ölkəyə qaytaracaq
Bazar günü Gürcüstanda 8 oktyabr tarixinə planlaşdırılmış parlament seçkilərində iştirak üçün partiyaların qeydiyyatı başa çatdı və seçkiqabağı kampaniya aktiv mərhələyə qədəm qoydu.
Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, əsas mübarizə baş nazir Georgi Kvirikaşvilinin liderliyi ilə “Gürcü arzusu” və sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” Partiyası arasında gedəcək.
Sosioloqlar hələ ki favoritin adını çəkmirlər. Belə şəraitdə seçki prosesinin iştirakçıları öz kampaniyalarını maksimum kəskinləşdirmək niyyətindədir. Və artıq bir sıra qalmaqallar yaranıb. Müzakirələrin gedişatında Rusiya ilə münasibətlər mövzusu xüsusi diqqət mərkəzində olacaq.
Seçkiqabağı kampaniyanın xüsusiyyətlərindən biri 8 oktyabrda səs vermək niyyətində olan seçicilərin çoxunun sosioloji agentliklərə suallarına cavab verməkdən imtina etməsidir. NDI şirkətinin məlumatlarına əsasən, seçicilərin 57 faizi öz seçimini gizlətməyi üstün tutublar. Onlardan yalnız 19 faizi “Gürcü arzusu”, 15 faizi isə “Vahid Milli Hərəkat” Partiyasına səs verəcəyini bildirib. NDI belə nəticəyə gəlib ki, seçkiqabağı proqnozu etmək mümkün deyil, bir halda ki, seçicilərin çox hissəsi ya seçimini müəyyən etməyib, ya da onu gizlətməyə üstünlük verir.
Vəziyyətin qeyri-müəyyənliyini siyasətçilərin özləri də anlayırlar. Bu səbəbdən də gürcü ekspertləri hesab edirlər ki, seçkiqabağı kampaniya kifayət qədər sərt keçəcək, “Gürcü arzusu” və “Vahid Milli Hərəkat” Partiyasının nümayəndələri arasında ictimai atışmalarla yadda qalacaq.
“Kommersant”ın yazdığına görə, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili qalmaqalların mərkəzində ola bilər. Xüsusi halda, avqustun əvvəlində Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası Saakaşvilininin 865 dollar çərimələnməsini tələb edib. “Ukrayna vətəndaşı Mixail Saakaşvili seçkiqabağı kampaniyaya qarışaraq əcnəbilərin Gürcüstanın siyasi həyatında iştirakını qadağan edən qanunu pozur”, - bəyanatda deyilirdi. Siyasətçinin seçkiqabağı müdaxiləsi isə ondan ibarət olub ki, o, “ölkəni bataqlıqdan çıxarmaq üçün” gürcüləri partiyasına səs verməyə çağırıb. Saakaşvili partiyasının qələbəsindən dərhal sonra Gürcüstana qayıdacağına söz verir. Halbuki, bir sıra cinayətlərdə ittiham olunan Saakaşviliyə qarşı vətənində dörd cinayət işi qaldırılıb və Tiflis şəhər məhkəməsi onu qiyabi həbs edib. Amma Gürcüstanın keçmiş birinci xanımı Sandra Rulofs deputatları seçicilərlə görüşlərdə daim müşayiət edir.
Milyarder, “Gürcü arzusu”nun banisi Bidzina İvanişvili heç bir partiya və ya hökumət postu tutmasa da, Mixail Saakaşvili və onun partiyasının hakimiyyətə qayıdışına imkan verməmək üçün bütün resurslardan istifadə edəcəyinə söz verir. Baxmayaraq ki, qanun seçkiqabağı kampaniyanın aparılması üçün fiziki və hüquqi şəxslərdən maliyyənın alınmasını məhdudlaşdırır. Amma “Gürcü arzusu” son illər ərzində həyata keçirilmiş genişmiqyaslı layihələrdə milyarderin köməyini nəzərə çarpdırır. Söhbət, xüsusi halda, hepatit C xəstəliyinin pulsuz müalicəsi və başqa analoji proqramların icrasından gedir.
Hakim partiyanın ən yaxın iki ayda aktiv istifadə etmək niyyətində olduğu daha bir arqument Rusiya ilə ticarət-iqtisadi münasibətlərin bərpası və Gürcüstanda Rusiya turistlərinin sayının daimi artmasıdır. Öz növbəsində, Saakaşvilinin komandası bildirir ki, Rusiya ilə münasibətləri inkişaf etdirmək hələ tezdir, əvvəlcə Abxaziya və Cənubi Osetiyanı Tiflisin nəzarəti altına qaytarmaq lazımdır.
“Vahid Milli Hərəkat” indiki hökumətin praqmatik siyasətini kəskin tənqid edirr. Mixail Saakaşvilinin silahdaşları qeyd edirlər ki, hakimiyyət dəyişikliyindən sonra ölkədə inkişaf dayanıb, “Gürcü arzusu” iqtisadiyyatı müasirləşdirməyə və avroatlantik strukturlara real inteqrasiyaya nail olmağa qadir deyil. “Biz səhvləri nəzərə aldıq və yeni enerji ilə işə girişməyə hazırıq”, - seçkiqabağı videoçarxda parlamentin keçmiş sədri, “Vahid Milli Hərəkat”ın partiya siyahısının birincisi David Bakradze söz verir. Amma o, söhbətin hansı səhvlərdən getdiyini dəqiqləşdirməyib.
Ömər Dağlı
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO