Dünya
Trampın qərargahının başçısı Yanukoviçdən 12,7 milyon dollar alıb
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkiqabağı kampaniyasının sədri Pol Manafort Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və onun Regionlar Partiyasından təxminən 12,7 milyon dollar alıb.
Publika.az xəbər verir ki, bu haqda “The New York Times” nəşri yazıb.
Nəşrin yazdığına görə, bu, Regionlar Partiyasının “qara mühasibat” məlumatlarında əksini tapıb. 2007-ci ildən 2012-ci ilə qədər olan məlumatlarda Manafortun adı 22 dəfə keçir. Məqalədə vurğulanır ki, ödəmələrin hədəfi anlaşılmazdır.
“İki il əvvəl Rusiyaya qaçan Yanukoviç və Regionlar Partiyası önəmli ölçüdə Manafort və onun şirkətinin məsləhətlərinə söykənirdilər. Bu məsləhətlər onlara bir neçə seçki udmağa kömək etdi”, - nəşr xatırladır.
Manafort Yanukoviç hökumətinin dağılmasından sonra da devrilmiş prezidentin partiya üzvlərinə kömək edərək Ukraynada işləməyə davam edirdi.
Xatırladaq ki, Manafort Trampın komandasına 2016-cı ilin martında təyinat alıb.
Ömər Dağlı
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO