Dünya
PKK dövlət kanalına hücum etdi
PKK terror təşkilatının tərəfdarları Avstriyanın paytaxtı Vyanada ORF dövlət kanalının mərkəzi ofisinə basqın ediblər.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK tərəfdarları kanalın efirində zorla mətn oxutdurmaq istəyiblər.
Avstriya mediasının yazdığına görə, 15 PKK tərəfdarı ötən həftənin cümə günü yerli vaxtla saat 18:30-da kanalın mərkəzi ofisinin qarşısında icazəsiz nümayiş keçirib. PKK-nın simvollarını daşıyan qrup təşkilatın lideri Abdullah Öcalanın sərbəst buraxılması tələbi ilə şüarlar səsləndiriblər.
Daha sonra təhlükəsizlik xidmətini keçən qrup kanalın binasına daxil olub. Onlar aksiya üçün hazırlanmış mətnin xəbərlərdə oxunmasını tələb ediblər. Ancaq hadisə yerinə gələn polis qrupu çölə çıxarıb.
Ömər Dağlı
-
Ekopublika.az10:00
Hamı evini satıb gedir: 3 otaqlı mənzillər 75 min manata...
-
Ekologiya09:33
Bakıya qar yağır - Faktiki hava
-
Hadisə09:10
Azərbaycanda evdə partlayış oldu: xəsarət alan var
-
Nəqliyyat08:55
Bu yolda sürət həddi endirildi
-
Dünya07:55
6,2 bal gücündə zəlzələ bu ölkəni silkələdi
-
Magazin207:15
Cud Lou “Şöhrət Xiyabanı”nda - Fotolar
-
İKT05:45
DİQQƏT! Şarj kabelləri vasitəsilə bank məlumatlarınızı oğurlaya bilərlər
-
Sosial03:19
Bakıda daha bir ərazidə evlər SÖKÜLƏCƏK - VİDEO