38 min məhbus azad ediləcək
Bizi izləyin

Dünya

38 min məhbus azad ediləcək

Türkiyədə qanunvericiliyə edilən dəyişikliklərlə 38 min məhbus həbsxanalardan azad ediləcək.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda ədliyyə naziri Bəkir Bozdağ bildirib.

İndiyə kimi cəzasının üçdə ikisini çəkən məhbuslar həbs cəzasını şərti cəza ilə əvəz etmək imkanına malikdilər. Qanunvericiliyə edilən dəyişikliklərlə cəzasının yarısını çəkən məhbuslar bu imkandan istifadə edə biləcəklər.

Dəyişikliklər 1 iyul 2016-cı il tarixindən əvvəl törədilən cinayətləri əhatə edir.

Məlumata görə, ancaq aşağıdakı cinayətlərləri törədən məhbuslar bu dəyişikliklərdən istifadə edə bilməyəcəklər:

a) Qəsdən adam öldürmək

b) Valideynləri, uşaqları, həyat yoldaşını, qardaş və bacılarını, yaxud da müdafiəsiz şəxsləri qəsdən ağır şəkildə yaralamaq

c) Cinsi toxunulmazlığa qarşı cinayətlər

d) Narkotik satışı və ya qaçaqmalçılığı

e) Dövlətin təhlükəsizliyinə qarşı cinayətlər

f) Konstitusiya quruluşunu dəyişdiyməyə yönəlik cinayətlər

g) Terrorla Mübarizə Qanununa daxil olan cinayətlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm