Dünya
Dünya iqtisadiyyatı “Pokemon GO” oynayır
“The Pokemon Company” tərəfindən yaradılan “Pokemon Go” artıq dünyada fenomenə çevrilib.
Amerika mütəxəssislərinin verdiyi məlumata görə, oyun çıxdığı gündən yükləmə sayına görə birinci yerdədir. Statistika göstərir ki, istifadəçilər gün ərzində “WhatsApp”, “Instagram”, “Snapchat” və “Facebook Messenger” kimi əlavələrdə keçirdikləri vaxtdan çox “Pokemon GO” oynayırlar. Lakin məsələnin əsas tərəfi tez bir zamanda 1 milyard dollar qazanan bu oyunun başqalarına da pul qazandırmasıdır.
Publika.az xəbər verir ki, oyun dünya üzrə bir çox sektora təsir edib. Yaponiyada “McDonald's” restoranlar şəbəkəsi bu oyun sayəsində satışlarını 27 faiz artırıb. İki il fasilədən sonra restoranlar yenə də gəlirlə işləməyə başlayıb.
Biznes sektoruna gəlir gətirəcək
Eskpertlər 5 sektorun bu oyundan bəhrələnəcəyini düşünürlər. Ünsiyyət, telekommunikasiya sektorları, çağırış mərkəzləri siyahının başında gəlirlər. Turizm sahəsində də bir çox məhsul inkişaf etdirilib.
Oyun istifadəçiləri parklara, alver mərkəzlərinə, mağazalara istiqamətləndirdiyi üçün bu, pərakəndə sahəsində də satışlara təsir edib.
“eBay”, “Gumtree”, “Airbnb”, “Airtasker “və “Uber” kimi çox müxtəlif pərakəndə firması “Pokemon Go” ilə birlikdə xidmətlərini artırmağı hədəfləyir. Sağlamlıq sektoru da oyundan təsirlənənlərdəndir. Çünki daha indidən bir çoxları oyun sayəsində şikəst olaraq xəstəxanaya aparılıblar.
İsrail ordusu da “Pokemon Go” istifadə edir
“Pokemon Go” sayəsində məşhurlaşan həqiqət texnologiyası əslində, başda sənaye olmaqla bir çox sahədə istifadə edilir. Artıq İsrail ordusu da bu oyundan istifadə edir. Xüsusilə cəbhə döyüşləri təlimində “Pokemon Go” dan yararlanırlar. İsrail ordusunun C2 Systems Departamenti tərəfındən reallaşdırılan uygulamada “Microsoft”un “HoloLens” eynəklərindən istifadə edilir.
İqtisadiyyat şöbəsi
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?