Dünya
Türkiyədə terror aktında yaralananların sayı 71 nəfərə çatıb (YENİLƏNİB)
Türkiyədə terror aktı zamanı yaralananların sayı 71 nəfərə çatıb.
Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, yaralananlardan 17-i polis əməkdaşıdır.
Xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır.
Partlayış zamanı ölənlərdən 1-i uşaqdır.
02:47
PKK terrorçularının Türkiyənin Van vilayətinin İpək yolu rayonunda polis mərkəzinə hücumu zamanı 3 nəfər dünyasını dəyişib.
Publika.az "Habertürk"ə istinadən xəbər verir ki, partlayış zamanı 2-si polis olmaqla 40 nəfər yaralanıb.
Yaralılar hadisə yerinə göndərilmiş təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.
Qeyd edək ki, terrorçular yerli vaxtla saat 23:00 radələrində içində partladıcı maddələrin olduğu avtomobillə polis mərkəzinə hücum edib.
"Anadolu" agentliyinin verdiyi son məlumata görə, çoxlu sayda polisin və zirehli texnikanın cəlb edildiyi əməliyyat zamanı terror aktını törətmiş şəxs yaralı vəziyyətdə yaxalanıb. Adı açıqlanmayan terrorçu Van Vilayətinin Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsinə gətirilib.
01:37
Türkiyənin Van vilayətində polis bölməsinə bomba yüklü avtomobillə hücum edilib.
Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində 20 nəfər xəsarət alıb.
Partlayışdan sonra bölgəyə təcili yardım maşınları cəlb edilib.
-
İdman03:18
Avropada ən çox məvacib alan futbolçular
-
Qoroskop00:55
Günün qoroskopu: mühüm qərarları ertələməli olacaqsız
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə6 Dekabr 21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO
-
Magazin26 Dekabr 21:19
Maykl Ceksonun qızı nişanlandı - Fotolar
-
Nəqliyyat6 Dekabr 19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal6 Dekabr 19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO