Dünya
ABŞ Türkiyə ilə əməkdaşlığa davam edəcək
ABŞ terrorçuluqla mübarizə sahəsində Türkiyə ilə əməkdaşlıq etməkdə davam edəcək.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ned Prays bildirib.
“Biz Türkiyə hakimiyyəti ilə sıx təmasdayıq və terrorçu qruplaşmalarla mübarizədə Türkiyə ilə birgə işləyəcəyik”, deyə Prays qeyd edib. O, həmçinin Türkiyədə 17-18 avqustda törədilən partlayışları pisləyib.
Qeyd edək ki, ötən gün Elazığ və Vanda törədilən iki partlayış nəticəsində 11 nəfər ölüb, 290-dan çox adam zərər çəkib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın həyata keçirdiyi terror aktlarının arxasında Fətullahçı Terror Təşkilatı (FETÖ) olduğunu bəyan edib. (APA)
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi