Dünya
Dövlət çevrilişi niyə baş tutmadı? - SƏBƏB bəlli oldu
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin baş tutmamasının səbəbi bəlli olub.
Publika.az-ın bu ölkənin mətbuatına istinadən verdiyi xəbərə görə, çevrilişə cəhd edənlər həmin gecə texniki problemlə qarşılaşıblar.
Belə ki, FETO-cular tərəfindən dövlət çevrilişinə cəhd həyata keçirilən gecə hər şeyin ən incə detallarının belə planlaşdırıldığı, ancaq hansı əsgərin harada olacağı barədə siyahının bölüklərə göndərilmədiyi iddia edilir. Bu siyahı məhz həmin gecə göndərilməli idi. Lakin Türkiyə Silahlı Qüvvələri daxili yazışma sistemi olan “Elektron sənəd proqram sistemi” üzərindən məlumatlar göndərilərkən siyahını əlavə etmək mümkün olmayıb. Nəticədə, onlar "whatsapp" vasitəsilə əlaqə saxlamağa çalışıblar. Qeyd olunan iddialar çevrilişə cəhd edən şəxslərin "whatsapp" yazışmalarında da əks olunub. Onlar da siyahını dəfələrlə göndərməyə cəhd etsələr də, yüklənmədiyini və bunun səbəbini anlamadıqlarını vurğulayıblar.
Bununla da çevrilişə cəhdin baş tutmamasında FETÖ-cülərin düzgün koordinasiya edilmədiyi vurğulanır.
Gülxar
-
Yaxın Şərq22:20
Moskva Suriya ilə bağlı BMT-dən görün nə tələb etdi
-
Magazin122:08
"Bir dəfə mənə yazdı ki, qarşında baş əyirəm..."
-
Yaxın Şərq21:36
İsrail iranlı alimlərin Dəməşqdəki tədqiqat mərkəzini VURDU - VİDEO
-
Magazin121:24
Bizimkilər "Pantene Altın Kelebek"də - VİDEO
-
Yaxın Şərq19:36
Üsyançılar Rusiya bazasının yerləşdiyi TARTUSDA: Əsədin atasının daha bir heykəlini yıxdılar - VİDEO
-
Magazin118:48
Anası Eminlə bağlı görün nəyi ETİRAF ETDİ - VİDEO
-
Dünya18:00
Bəşər Əsədin lüks avtomobilləri - VİDEO
-
Sosial16:20
Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto