Dünya
Elmar Məmmədyarov: “Azərbaycan bu terror aktından son dərəcə hiddətləndi”
Xarici işlər naziri Elmar MəmmədyarovTürkiyənin Qaziantep vilayətində toy mərasimi zamanı törədilmiş dəhşətli terror aktı ilə əlaqədar həmkarı Mövlud Çavuşoğluna başsağlığı məktubu ünvanlayıb.
Publika.az-ın xəbərinə görə, məktubda Elmar Məmmədyarov çoxsaylı insan tələfatı ilə nəticələnən bu dəhşətli terror aktından dərin kədər hissi keçirdiyini ifadə edib. O, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycanın bu terror aktından son dərəcə hiddətləndiyini, terrorizmin bütün forma və təzahürlərinə qarşı birgə və qətiyyətlə mübarizə aparılmasının vacibliyini vurğulayıb.
Elmar Məmmədyarov baş vermiş faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralanan və xəsarət alanların şəfa tapmasını dilədiyini bildirib.
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...