Türkiyə tankları Suriyaya girdi - FOTOLAR/VİDEOLAR (YENİLƏNİR)
Bizi izləyin

Dünya

Türkiyə tankları Suriyaya girdi - FOTOLAR/VİDEOLAR (YENİLƏNİR)

Türkiyə Ordusu Suriyada quru əməliyyatına başlayıb. Hərbi mənbələr tank birliklərinin Suriya sərhədindən keçdiyini bildiriblər.

***

Suriyada hərbi əməliyyatın başlanması ilə Hələb şəhərinə bağlı Cerablus bölgəsində İŞİD terror qruplaşmasının mövqelərinə top atəşləri edilib. Türkiyə Silahlı Qüvvələrinin döyüş təyyarələri İŞİD-in Cerablusdakı hədəflərini bombalayıb. Karkamış sərhəd bölgəsində isə Türkiyə Silahlı Qüvvələrinə aid tanklar hazır vəziyyətdə gözləyir.

Mənbələr qeyd edir ki, Türkiyə ordusu quru əməliyyatına hələ başlamayıb, amma sərhəddə keçidlərin hazırlanması üzrə iş davam edir.

Hərbi mənbələrdən verilən ilk məlumatlara görə, hava qüvvələri tərəfindən müəyyən edilən 12 hədəfin hamısı məhv edilib. Hava əməliyyatında F-16 qırıcıları iştirak edir. Top atəşləri ilə 70 hədəf məhv edilib.

Hazırda Türkiyənin ordu komandanlığı Baş Qərargahdan hərbi əməliyyatın gedişatını izləyir.

Əməliyyatın məqsədi yeni qaçqın dalğasının qarşısının alınması, bölgədəki mülki əhaliyə humanitar yardımların çatdırılması və bölgənin terrorçu qruplardan təmizlənməsidir.

Rəsmi məlumatlara görə, Cerablus əməliyyatında iştirak etmək üçün “bordo beretlilər” də Suriya torpaqlarına girib.

Sərhədin Türkiyə tərəfində Azad Suriya Ordusunun təxminən 1500 üzvü, Cerablusa girmək üçün gözləyir. Onların yerləşdiyi Türkyurdu kəndi bir neçə gün əvvəl xüsusi təhlükəsizlik bölgəsi elan edilən əraziyə daxildir.

***

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri və koalisiya aviasiyası Suriyanın Hələb mühafəzəsinin Cerablus şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üzrə hərbi əməliyyatlara başlayıb.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

"Türkiyə ordusu, koalisiyanın hava qüvvələri Suriyada Cerablsun İŞİD-dən təmizlənməsi üzrə hərbi əməliyyata başlayıb", - deyə məlumatda bildirilir.

Agentlik rəsmi şəxslərə istinadən xəbər verir ki, əməliyyat Türkiyə sərhədlərinin terror qruplaşmalarından təmizlənməsi və Suriyanın ərazi bütövlüyünə dəstəyə yönəlib.

Həmçinin məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri Cerablusda İŞİD-in mövqelərinə zərbələr endirib.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm