Dünya
“Fərat Qalxanı” nə qədər davam edəcək? - RƏSMİ
“Bu əməliyyatın məqsədi sərhədimizin İŞİD terror təşkilatından təmizlənməsidir. Bunun üçün əlimizdəki bütün imkanlardan istifadə edəcəyik”.
Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ordusunun Suriyada başladığı hərbi əməliyyatı şərh edərkən deyib.
“Ankaradakı son iki terror aktını törədənlər Suriyadakı PYD düşərgələrindən gəlib. Bu əməliyyatın məqsədi İŞİD-dir. Saleh Müslim (PYD-nin rəhbəri – red.), ya da PYD niyə narahat olur? Onlar İŞİD-lə mübarizə apardığını iddia etmirlərmi? Əgər məqsəd İŞİD-lə mübarizə aparmaqdırsa, bu əməliyyata dəstək verərlər”, - Çavuşoğlu bildirib.
O, Suriya Demokratik Gücləri ilə yanaşı, YPG (PYD-nin silahlı qanadı –red.) döyüşçülərinin də Fərat çayının şərqinə keçməli olduğunu söyləyib.“Keçməzlərsə, lazım olan addımları atarıq”, - Türkiyə xarici siyasət idarəsinin başçısı vurğulayıb.
Qeyd edək ki, Türkiyə ordusu bu səhər Suriyanın şimalındakı Cerablus şəhərini İŞİD-dən azad etmək üçün əməliyyata başlayıb. Türkiyə Daxili İşlər Nazirliyinin başçısı Efkan Ala bildirib ki, əməliyyat təhlükə tam aradan qaldırılana kimi davam edəcək.
Eyni zamanda, KİV əməliyyatın təxminən iki həftə davam edə biləcəyini deyib.
“Əməliyyat iki həftə davam edə bilər”, - NTV kanalı hərbi mənbələrə istinadən bildirir.
Ömər Dağlı
-
Dünya01:40
SEPAH generalı ABŞ səfirliyinə sığındı
-
İdman01:20
Şok iddia: Sadıqov ev dustaqlığındadır
-
Qoroskop00:40
Günün qoroskopu: gəlirlərinizi artırmaq şansınız olacaq
-
Ekopublika.az11 Dekabr 23:47
Ev almaq istəyənlərin nəzərinə! - Bu ərazilərdə qiymətlər bahalaşacaq
-
İdman11 Dekabr 23:35
“Forbes” “top-10”-u açıqladı: Ən çox qazananlar kimlərdir?
-
İKT11 Dekabr 22:38
Sosial şəbəkələrə nə oldu?
-
İqtisadi gündəm11 Dekabr 22:26
İlon Maskın sərvəti fantastik həddə çatdı
-
İdman11 Dekabr 20:50
DÇ-2030-un hansı ölkələrdə keçiriləcəyini FİFA rəsmən açıqladı