Dünya
Təhsil naziri Ermənistanın adını dəyişir
Ermənistanın elm və təhsil naziri Armen Aşotyan ölkənin adını dəyişib, Şərqi Ermənistan Respublikası qoymağı təklif edib.
Publika.Az BBC-yə istinadən xəbər verir ki, erməni tarixçiləri və ümumiyyətlə, tarix dərsliklərində Ermənistan Şərqi və Qərbi Ermənistanlara bölünür. Şərqi Ermənistan deyəndə, XIX əsrin əvvəlindən Rusiya İmperiyasının tərkibinə daxil edilən, buna qədər isə İranın tərkibində olan ərazi nəzərdə tutulur.
Tarixçilərə görə, məhz bu ərazidə sonradan Birinci Ermənistan Respublikası, Ermənistan SSR və bugünkü Ermənistan Respublikası yaradılıb.Qərbi Ermənistanın isə Türkiyə ərazisində qaldığı bildirilir. Və məhz bu ərazidə 1915-1923-cü illərdə ermənilərin qırğına məruz qaldığı iddia edilir.
Odur ki, Ermənistan elm və təhsil nazirinin təklifi sözügedən məqamın xüsusilə qeyd edilməsinə eyhamdır. Onun fikrincə, ölkənin adını dəyişmək məsələsi konstitusiya islahatı yolu ilə həll oluna bilər.
Aşotyan bu addımın xarici siyasi “mahiyyətini” də gizlətmir: “Ölkəmizin adının dəyişməsini mən tarixi ədalətin bərpa olunması, vətənpərvərlik və qanuni tələblərimiz nöqteyi-nəzərindən müzakirə etməyi təklif edirəm. Fikrimcə, Erməni dağlığında qurduğumuz dövlətə Şərqi Ermənistan Respublikası adının verilməsi düzgün olardı”, - öz Facebook səhifəsində Armen Aşotyan yazıb.
O, hələ 2005-ci ildə konstitusiya islahatları toplusu müzakirə olunarkən, “Erməni soyqırımının 100 illik tarixi” yaxınlaşdığını xatırladaraq, belə təklif irəli sürdüyünü bildirib.Ermənilər 20-ci əsrin əvvəlində Osmanlı Türkiyədə “erməni soyqırımı törədildiyini, Birinci Dünya Müharibəsi illəri 1,5 milyondan çox Qərbi Ermənistan yerli əhalisinin həlak olduğunu“ iddia edir və 2015-ci ildə həmin hadisələrin 100 illiyini qeyd etməyə hazırlaşırlar.
İsmayıl
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ