Dünya
Türkiyə ordusu yenidən səhnədə - “Fərat Qalxanı”nin NƏTİCƏLƏRİ - VİDEO
Türkiyə ordusunun dünən Suriyanın şimalında həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatı müvəffəqiyyətlə nəticələndi.
Publika.az xəbər verir ki, türkiyəli siyasi mütəxəssislər və yazarlar əməliyyatın əhəmiyyətli nəticələrinin olduğunu bildirirlər.
“Habertürk” saytının yazdığına görə, əməliyyat Türkiyə sərhədində “kürd dəhlizi”nin yaranması və İŞİD təhdidi nəticəsində ərəb dünyası ilə birbaşa coğrafi əlaqənin kəsilməsi riskini aradan qaldırdı. Bu əməliyyatla ərəb dünyasına çıxış qapısı yenidən nəzarət altına alındı. Bundan başqa, diplomatik sahədə uğur əldə edildi. Aparılan diplomatik danışıqlar, əməliyyatın həm müttəfiq, həm də qonşu ölkələrə düzgün izah edilməsi nəticəsində “Fərat Qalxanı” əməliyyatına heç bir sərt reaksiya olmadı. ABŞ başda olmaqla, Rusiya, İran və Almaniya kimi ölkələrdən Türkiyəni dəstəkləyən şərhlər gəldi, YPG isə Fərat çayının qərbinə keçməməsi mövzusunda xəbərdar edildi.
“Habertürk” yazır ki, Türkiyə bu əməliyyatla ölkə xaricində əməliyyat keçirmək qabiliyyətini bütün dünyaya yenidən göstərdi.
“Hürriyət” nəşrinin yazarı Abdulkadir Selvi Türkiyə ordusunun əməliyyata 450 nəfərlik heyətlə qatıldığını, bu rəqəmin 15 minə çıxa biləcəyini qeyd edib.
O, əməliyyatın detalları barədə yazıb: Suriyaya ilk olaraq 16 tank və 13-14 zirehli texnika daxil olub. Onlarla birlikdə Azad Suriya Ordusunun 1800-2000 üzvü Cerablusa keçib. Onları içəridə 3 minə yaxın Azad Suriya Ordusunun üzvü gözləyirdi. Ancaq bundan bir gün əvvəl Suriyaya xüsusi təyinatlılar və kəşfiyyat birlikləri daxil olmuşdu. Xüsusi təyinatlılar Suriyada kiçik miqyaslı əməliyyatlar həyata keçirib. Beləliklə, Cerablusa gedən yollarda təhlükəsizlik təmin edildi".
Yazar “Fərat Qalxanı” əməliyyatının hədəflərini aşağıdakı şəkildə sıralayıb:
1.Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək
2.Koalisiyanın İŞİD-ə qarşı əməliyyatlarına dəstək vermək
3. Suriyadan Türkiyə sərhədinə doğru başlayan qaçqın dalğasının qarşısını almaq üçün təhlükəsiz bölgəni yaratmaq
4. PYD-nin Kobani ilə Afrini birləşdirərək Türkiyə sərhədində bir “kürd dəhlizi”nin yaradılmasına icazə verməmək.
“Hürriyət” nəşrinin digər bir yazarı Dəniz Zeyrek “Fərat Qalxanı” əməliyyatı ilə Türkiyənin 4 qazancının olduğunu bildirib.
1. İŞİD Münbiçdən sonra daha bir strateji mövqeyi itirəcək.
2. PYD Türkiyənin “qırmızı xətti” (Fərat çayının qərbi Türkiyənin “qırmızı xətti” hesab olunur) mövzusunda mövqeyini qəbul etmək məcburiyyətində qalacaq.
3. Türkiyə üçün strateji əhəmiyyətə malik dəhlizdə Azad Suriya Ordusu üçün qapı açılacaq.
4. Danışıqlar masasında Türkiyə və Azad Suriya Ordusunun əli güclənəcək.
Ömər Dağlı
Ceraplus Operasyonu Neyi Değiştirir?
Harekatın... by haberler
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO