Dünya
Gülənin vatikansayağı “dialoq oyunu” – tanınmış insanlar necə aldadılır?
Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin arxasındakı olan Fəthullahçı Terror Təşkilatına (FETÖ) qarşı həyata keçirilən əməliyyatlar FETÖ-yə bağlı vəfq, təşkilat və quruluşların gerçək üzünü ortaya çıxıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 17-25 dekabr hadisələri sonrası lüks otellərdə beynəlxalq toplantılar təşkil edən İzmir Mədəniyyətlərarası Dialoq Mərkəzinin başçısı Ömər Mustafa Aytekinin FETÖ-nün Vatikan imamı olduğu ortaya çıxıb.
İzmirdə qurulan bu mərkəz guya dinlərarası dialoqu təmin etməyə çalışırdı. Ömər Mustafa Aytekinin 2009-cu ildə FETÖ-nün Romadakı Tevere İnstitutuna rəhbərlik etdiyi dövrdə Gülənin adından Vatikan nümayəndələri ilə görüşlər keçirdiyi məlum olub. Aytekinə katolik kilsəsi və kilsənin əhəmiyyətli şəxslərinə təsir etmək üçün əsas rol verilmişdi.
Fətullah Gülən 1998-ci ildə Roma Papası 2-ci İoan Pavellə görüşüb. Bu görüşdən sonra Vatikan ilə əlaqələrini gücləndirməyə qərar verən FETÖ lideri Gülən Vatikan Konsilinin də istifadə etdiyi tezisdən istifadə etməyə başlayıb. Məlumata görə, FETÖ dünyada qurduğu iş sistemini Vatikandakı “dialoq” sisteminə görə qurub. Fətullah Gülən başda ABŞ, Türkiyə və İtaliya kimi dünyanın bir çox ölkəsində “dialoq” adı ilə təşkilatlanmağa davam edib.
FETÖ-nün məqsədi “dinlərarası və mədəniyyətlərarası dialoq” adı ilə tanınmış siyasətçilər, din adamları və jurnalistlərə təsir etmək idi. Bu istiqamətdə ilk addımı da Romada Ömər Mustafa Aytekin atıb. FETÖ-nün Romadakı mərkəzi olan Tevere İnstitutu İtaliya mətbuatında lobbiçilik və təbliğatla məşğul olur.
Ömər Dağlı
-
Hadisə19:40
Sərnişinlər "28 May"da qatardan düşürüldü - Metroda nə baş verir? - YENİLƏNDİ
-
Magazin219:25
Berk Oktay 20 kiloqram kökəlib bu hala düşdü - Fotolar
-
Sosial17:38
Nazirlik 6 milyona yeni şirkət yaratdı
-
Sosial16:24
Bakıda bu köşklərin fəaliyyəti dayandırıldı - FOTO
-
Sosial15:30
Partlayış zamanı şok keçirən qadın öldü
-
Nida Xəbər 14:43
Nazir onu rəis təyin etdi - FOTO
-
Elm və təhsil13:33
Nazir direktoru vəzifəsindən azad etdi
-
İdman13:01
Bakıda Messini görmək istəyənlər bu qədər xərcə düşəcək - Bilet qiymətləri açıqlandı