Merkelin də avtomobil karvanına hücum edildi - FOTOLAR
Bizi izləyin

Dünya

Merkelin də avtomobil karvanına hücum edildi - FOTOLAR

Almaniya kansleri Angele Merkelin avtomobil karvanına hücum edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Almaniya baş nazirinin Çexiyaya səfəri zamanı baş verib.

Belə ki, Angele Merkel Çexiya prezidenti Bohuslav Sobotka ilə görüşmək üçün Praqaya səfəri zamanı onun avtomobil karvanına şübhəli avtomobil yaxınlaşıb. Mühafizəçilər həmin avtomobili dərhal dayandıraraq, içərisini yoxlayıblar.

Yoxlama zamanı avtomobildə zibil qutusu, göz yaşardıcı qaz və qandal tapılıb.

Çexiya radiosunun yaydığı məlumata görə, şübhəli avtomobili mühafizəçilərdən əvvəl polislər dayandırmaq istəsə də, əmrə tabe olmayıb. Daha sonra avtomobilə polislər tərəfindən silahla atəş açılıb. Daha sonra sürücü saxlanılıb.

Çexiya polisinin sözçüsü Josef Bocan isə bildirib ki, şübhəli sürücü artıq həbs edilib:

“Şübhəli cinayət işlədərək, yüksək vəzifəli şəxslərə qarşı zor işlədib. Ancaq hər şey arxada qaldı. Artıq xamım Merkelin həyatı təhlükədə deyil”.

Xatırladaq ki, Angele Merkelin Praqaya səfəri zamanı Çexiya Prezident Sarayı önündə minlərlə insan “Merkel rədd ol” şüarları ilə etiraz aksiyası keçirir.

Aksiya iştirakçıları Avropa Birliyi ölkələrinə miqrantlarla bağlı kvotaların artırılması istəyinə etiraz edirlər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm