Dünya
Putin: “Bu, əxlaqsızlıqdır” - VİDEO
Vladimir Putin Rusiya idmançılarının Braziliyanın Rio şəhərində təşkil ediləcək Paralimpiya Oyunlarından məhrum edilməsi qərarına sərt reaksiya verib.
Publika.az xəbər verir ki, Rusiya dövlət başçısı Olimpiya Oyunlarından dönən atletləri Kreml sarayında qəbul edib. Rusiya dövlət başçısı idmançılar üçün təşkil edilən mərasimdə doqquz idmançıya “Qürur” medalı verib.
Rusiya prezidenti çıxışında Beynəlxalq İdman Məhkəməsinin sistematik dopinq edildiyi səbəbiylə rusiyalı atletlərə yarışlardan məhrum etmə cəzası verməsini əxlaqsızlıq kimi xarakterizə edib:
"Atletlərimizin Rio Paralimpiya Oyunlarından məhrum edilməsi hüquqdan, əxlaqdan və insanlıqdan xaric qərardır. İdmanın həyat qaynağı olduğu, məhdud sağlamlıq imkanlarına baxmayaraq, milyonlarla insana nümunə olub özlərinə güvənmə ümidi verən bu kəslərin hamısını məhrum etmək abırsız vəziyyətdir".
Xatırladaq ki, Beynəlxalq İdman Məhkəməsi (CAS) rus idmançıları 7-18 sentyabrda Rio-de-Janeyroda keçiriləcək Paralimpiya Oyunlarından məhrum edib.
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO