Dünya
“Fərat qalxanı” İranı niyə narahat etdi? – rəsmi Tehrandan İLK AÇIQLAMA
İranın Xarici İşlər Nazirliyi (XİN) Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Cerablus şəhərinin İŞİD terrorçularından təmizlənməsi üçün başlatdığı “Fərat qalxanı” adlı hərbi əməliyyata münasibət bildirib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, İranın XİN-nin sözçüsü Behram Kasımi tərəfindən verilən bu açıqlama rəsmi Tehranın “Fərat qalxanı” hərbi əməliyyatına ilk münasibəti olub.
Behram Kasımi deyib ki, Türkiyə Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatları rəsmi Dəməşq hökuməti ilə koordinasiya edilmiş şəkildə həyata keçirməlidir:
“Türkiyə Suriya torpaqlarında terrorçularla mübarizə aparmaq üçün beynəlxalq hüququn tələblərindən biri olan ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət etmək prinsipini əsas tutaraq, Bəşər Əsəd hökuməti ilə əlaqəli hərəkət etməlidir. Bu baxımdan da İran dövləti olaraq biz terrorla səmərəli mübarizə aparmaq və İŞİD-in kökünü kəsmək üçün region ölkələrinin birgə əməkdaşlıq etməsini vacib hesab edirik. İnanırıq ki, bundan sonra bu hərbi əməkdaşlıq mümkün olacaq”.
Vasif Həsənli
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ