Dünya
Zəlzələ tarixi abidələrə ciddi ziyan vurdu - VİDEO
Myanmarda baş verən 6.8 gücündəki zəlzələ nəticəsində mədəni miras siyahısındakı tarixi abidələr də zədələnib. IX əsrə aid antik Baqan şəhərində ən azı 187 məbəd və monastır ziyan görüb.
Publika.az xəbər verir ki, bölgəni ziyarət edən dövlət başçısı Htin Kyav, antik abidələri təmir etmək üçün musson yağışlarının bitməsini gözləməyin lazım olduğunu və işlərin ən tezi oktyabr ayının sonunda başlaya biləcəyini deyib: “XI və XII əsrlərdən qalma məbədləri əlimizdən gəldiyi qədər qorumalıyıq. Yaponiya və Çin kimi bir neçə ölkə bizə yardım etməyə hazır olduqlarını bildiriblər”.
42 kv. kilometrlik Baqan antik şəhəri 2 mindən çox məbədə ev sahibliyi edir. Şəhəri hər il minlərlə turist ziyarət edir. Zəlzələdən sonra bir çox tarixi abidələrə girişlər bağlanılıb.
BMT zəlzələnin şiddətli olmasına baxmayaraq, gündəlik həyata çox təsir etmədiyini və bu an üçün beynəlxalq yardıma ehtiyac olmadığını bildirib.
Xatırladaq ki, Myanmarda çərşənbə günü baş verən 6.8 gücündə zəlzələdə ikisi uşaq olmaqla, dörd nəfər həyatını itirmişdi.
Rəhim
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO